Bu futbolçu "Qarabağ"dan ayrılmaq istəyir

 

Mövsümə yaxşı başlayan Redon Cica "Qarabağ"da xoşbəxt deyil.

Offsideplus.az-a daxil olan məlumata görə, albaniyalı hücumçu komandadan ayrılmaq istəyir. Forvard "köhlən atlar"dakı yerini Olavio Juninyoya uduzduğunu anlayır. Bu səbəbdən də agentlərindən yeni komanda tapmasını istəyib. Maraq bildirək ki, Cicanın Ağdam təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi var.

Qeyd edək ki, hücumçu bu mövsüm Ağdam təmsilçisinin heyətində 25 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

0.15822291374207