ABŞ bu şəxslər barədə məlumat verənə 10 mln mükafat verəcək

 

ABŞ HƏMAS-ın beş maliyyəçisi haqqında məlumat və ya qrupun maliyyə mexanizmlərinin məhvinə səbəb olacaq məlumat üçün 10 milyon dollara qədər pul  mükafatı təklif edir.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Dövlət Departamenti onların adlarını açıqlayıb. Bunlar Abdelbasit Hamza Elhassan Hair, Amer Kamal Şarif Alşava, Əhməd Sədu Cahleb, Valid Mohammed Mustafa Cadallah və Muhammad Ahmad Abd al-Daim Nasrallahdır.

Əl-Cəzirənin məlumatına görə, bunlardan birincisi Sudandadır. Bu şəxs  HƏMAS-a 20 milyon dollara yaxın vəsaitin köçürülməsində iştirak edib. Digərləri barədə məlumat yoxdur. 

Mürtəza, ölkə.az

 

 

0.177570104599