Keçmiş məhkumlar oğurluğa görə saxlanıldılar

 

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, müxtəlif evlərdən 1 500 manat pul, 4 000 manat dəyərində qızıl-zinət əşyaları, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

0.15331101417542