Zelenski planına başladı: partlayışlar, hərbi obyektlərə hücum

 

Yanvarın 5-i axşam saatlarında Krımın Novofedorovke yaşayış məntəqəsindəki Saki hərbi aerodromu Ukrayna tərəfdən hücuma məruz qalıb.

Ölkə.Az “unian”a istinadən xəbər verir ki, hücumdan sonra hərbi aerodromda partlayış səsləri eşidilib. 

“43-cü Qırıcı Aviasiya Alayı Ukraynanın cənubundakı rus qoşunlarına dəstək verən aviasiya qrupunun onurğa sütunu kimi xidmət edir. Burada Su-24 bombardmançıları və Su-30 qırıcıları yerləşdirilib”, -məlumatda deyilir. 

O da bildirilir ki, partlayış nəticəsində yaxınlıqdakı mülki evlərə də xəsarət dəyib.

Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamentinin yaydığı bəyanatda Ukrayna ordusunun Krımın Pervomayskoye kəndi yaxınlığındakı silah-sursat anbarlarını məhv etdiyi, Sevastopol yaxınlığındakı hərbi hissənin komanda məntəqəsinə uğurlu zərbə endirdiyi təsdiqlənib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, hava hücumundan müdafiə sistemləri Krım üzərində Ukraynanın 4 raketini zərərsizləşdirib. 

“Kiyev yanvarın 6-da saat 0:30 radələrində təyyarə idarə olunan raketlərdən istifadə etməklə Rusiya ərazisindəki hədəflərə hücum etməyə cəhd edib”, - məlumatda deyilir.

Nazirlik tələfat və dağıntılar barədə məlumat verməyib.

Hücumla əlaqədar olaraq Krım körpüsündə də nəqliyyatın hərəkəti dayandırılıb. 

“Kommersant”ın məlumatına görə, Krım son günlər Ukrayna tərəfindən tez-tez hücumlara məruz qalıb. Yanvarın 5-nə keçən gecə yarımadanın üzərində 36 PUA, axşam saatlarında isə daha 5 PUA ələ keçirilib. 

Ötən gün Krım üzərində Neptun gəmi əleyhinə raketi məhv edilib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində bildirib ki, 2024-cü ildə əsas hərbi məqsəd Krımın Rusiyadan təcrid edilməsidir. Bunu qarşılarına hədəf qoyublar. 

Mürtəza
Ölkə.Az

0.26438593864441