Kiviryan: Belə adamlar məhv edilməli idi – Şahramanyan haqda şok sözlər

 

“Samvel Şahramanyanın nümayəndələrinin “artsax”ın qanunsuz dövlət orqanlarının saxlanılması barədə verdiyi bəyanat növbəti manipulyasiyadır. Çünki bu, Bakıya əlavə imkanlar qazandıracaq”.

Ölkə.Az xəbər verir ki, bu barədə erməni politoloq Argişti Kiviryan canlı yayımda bildirib.

Onun sözlərinə görə, əgər insanlar özlərini milli azadlıq müharibəsinin liderləri elan edirlərsə, o zaman müəyyən oyun qaydalarına əməl etməlidirlər. “Yazılmamış bir qayda var: belə adamlar yaxalanırsa, dövlət üçün təhlükəni aradan qaldırmaq üçün özlərini fiziki cəhətdən aradan qaldırmalıdırlar.

Onlar ya Qarabağı tərk etməyə cəhd etməli, ya intihar etməli idilər, ya da yüksək vəzifəli məmurların məxfi məlumatlarına malik olduqları üçün xüsusi xidmət orqanları tərəfindən məhv edilməli idilər. Bu, milli azadlıq mübarizəsinin davam etdirilməsinə zəmin yaradardı.

Elita bunu çox yaxşı bilir, amma hesab edir ki, Azərbaycan həbsxanalarında olan insanların həyatı birinci Qarabağ müharibəsində həyatını itirən bir neçə min insandan daha vacibdir”, - o qeyd edib.

Ekspert hesab edir ki, bütün imkanlar itirilib.  “Yalnız bir neçə yüz adam Qarabağın hesabına varlandı. Erməni xalqına yalnız Yerablur hərbi panteonu qaldı”, - Kiviryan yekunlaşdırıb.

Mürtəza
Ölkə.Az

0.1636369228363