Erməni alimdən 1926-cı il xəritəsi ilə bağlı sərsəm iddia

 

1926-cı ilin xəritəsinə görə Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi Ermənistan üçün daha sərfəli olardı.

Musavat.com bildirir ki, bunu İrəvan Dövlət Universitetinin Xəritəçəkmə və geomorfologiya kafedrasının müdiri Artak Piloyan Sputnik Ermənistan-a bildirib. Onun iddiasına görə, guya həmin dövrün xəritəsinə görə, Ermənistan SSR-in ərazisi 31 min kvadratmetr km. (?!) olub. Artak Piloyan sərsəm fikirlərinin davamında Sputnik Ermənistan-a bildirib ki, buraya “Qırmızı Kürdüstan” ərazisi də daxildir. “İndi Tavuşda delimitasiya 1976-cı ilin xəritələrinə əsasən aparılır”, deyə o seçimdən istifadəyə görə təəccübünü ifadə edib.

0.22534918785095