Dünyanın ən uzun aclığı: 382 gün

 

Dünyanın ən uzun müddət ac qalmaq rekordu Şotlandiya sakini Anqus Barbieriyə məxsusdur.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, "Ginnesin Rekordlar Kitabı"na görə, o, bir ildən çox, yəni 382 gün - 1965-ci ilin iyunundan 1966-cı ilin iyuluna qədər yeməksiz qalıb.

Ac qalanda Barbierinin 27 yaşı var idi. O, çox kökəldiyini hiss etdiyi üçün bu qərarı verib. Kişi ac qaldığı müddətdə sıfır kalorili içkilər - çay, qəhvə, qazlı su içib, vitaminlər qəbul edib. 

Bundan əlavə, rasionuna bəzən içkilərlə birlikdə az miqdarda süd və ya şəkər daxil edib - Şotlandiyalı ac qaldığı müddətin xüsusilə son həftələrində özünə bu ləzzəti verirdi. Bütün bu müddət ərzində Barbieri müntəzəm olaraq xəstəxanaya baş çəkirdi ki, həkimlər onun səhhətini qiymətləndirə bilsinlər.

Nəticədə, Angus 125 kiloqram arıqlayıb - 207-dən 82-yə. Məqsədinə çatdıqda, kişi orucu dayandırıb.

0.420569896698