Krımda gizli hərbi bazaya hücum edildi, Rusiya tərəfinə keçən polkovnik-leytenant öldürüldü

 

"Ukrayna əsgərləri Krımdan olan satqın polkovnik-leytenant Aleksandr Kulakovu "uğurla tərxis edib".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan - "Stirlitz” bildirib. 

Onun sözlərinə görə, 85683 saylı hərbi hissənin komandiri polkovnik-leytenant Aleksandr Aleksandroviç Kulakov mayın 13-də Ukrayna Silahlı Qüvvələrinin Ay-Petri dağındakı 3-cü Radiotexnika alayının hərbi bazasına endirdiyi uğurlu zərbə nəticəsində məhv edilib.

Kulakov 2014-cü ildə kapitan rütbəsi ilə ruslar tərəfə keçərək Rusiya vətəndaşlığını qəbul edib və onların xidmətinə keçib.

3-cü Radiotexnika alayı Rusiya Aerokosmik Qüvvələrinin radiotexnika qoşunlarının tərkibindəki hərbi birləşmədir. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaqından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin 40-cı radio briqadasının bazasında yaradılıb. Qərargah Sevastopol şəhərində yerləşir.

Qeyd edək ki, mayın 13-də səhər saatlarında Krımda Rusiyanın Ay-Petri dağındakı hava hücumundan müdafiə hərbi bazasına (85683 saylı hərbi hissə) hücum edilib. Bildirlir ki, dağda Rusiya Silahlı Qüvvələrinin 3-cü Radiotexnika alayının "gizli" hərbi hava hücumundan müdafiə bazası yerləşir. Sovet illərində Ay-Petri dağının zirvəsində Uzaq Məsafəli Kəşfiyyat və Hava Hücumundan Müdafiə Rəhbərliyi üzrə Radiotexnika Mərkəzi yaradılıb. Radar sistemləri günbəzlərin altında gizlənir. Bu obyektlərə xidmət edənlər üçün hərbi şəhərcik də var.

0.27353596687317