ABŞ bu ölkəyə 850 milyon dollarlıq silah verəcək

 

Tayvan ordusu ABŞ ilə döyüş təyyarələri və raketlərin tədarükü üçün ümumi dəyəri təxminən 26,69 milyard Tayvan dolları (təxminən 853,8 milyon dollar) olan iki müqavilə imzaladığını elan edib.

"Ölkə.az" APA-ya istinadla bildirir ki, bunu Tayvan hökumətinin satınalmalar saytında dərc olunmuş sənədlər sübut edir.

Müqavilələrdən birincisi noyabrın 13-də imzalanıb və “hava-hava” və “hava-yer” raketlərinin tədarükünü nəzərdə tutur. Onlar 2032-ci ilə qədər müştəriyə çatdırılmalıdır.

Noyabrın 17-də “yüksək partlayıcı və digər mərmilərin” alınması üzrə ikinci müqavilə imzalanıb.

0.21188998222351