İspaniyanın rəhbərliyi ilə insan alverinə qarşı beynəlxalq əməliyyatda 566 nəfər saxlanılıb

 

İspaniya silah, narkotik və insan alveri ilə mübarizə üçün Avropanın 26 ölkəsindən agentlərin cəlb olunduğu polis əməliyyatına rəhbərlik edib və 566 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatınaa görə, miqrant qaçaqmalçılığına görə 218, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 186, qanunsuz odlu silah dövriyyəsinə görə 69, digər cinayətlərə görə 89 nəfər saxlanılıb.

Əməliyyat zamanı ümumilikdə 215 min nəfər yoxlanılıb, 310 odlu silah və bir tona yaxın narkotik vasitə, o cümlədən 626 kiloqram kokain götürülüb.

Avropa Polis Təşkilatı “Europol”un dəstəyi, Avropa və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində keçirilən polis əməliyyatında 26 ölkədən 22 mindən çox polis əməkdaşı iştirak edib.

0.16363215446472