Erməni deputat: Rusiya Ermənistana “İsgəndər” raketi yox, adi mərmi veribmiş

 

Ermənistan KTMT-nin üzvü olsa da, Rusiya bizə heç bir silah vermir, halbuki biz alacağımız silahın pulunu əvvəlcədən ödəmişik. 

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan deyib.

“İndi Rusiya nə ödənilən məbləği qaytarır, nə də silah verir. Digər tərəfdən Rusiya da Bakının müttəfiqidir və hesab edirəm ki, onun Ermənistanı silahlandırmaması ilə bağlı Bakı ilə razılaşması var”, - deyə Melkonyan bildirib.

Deputat Rusiyanın əvvəllər Ermənistana silah verməsi ilə bağlı iradlara cavab olaraq bildirib ki, əvvəllər İrəvan biabırçı razılaşmasına əsasən silahı yalnız Rusiyadan alırdı. “Rusiya da bizə ancaq köhnə silahlar, köhnə texnika verdi. 2002-2004-cü illərdə mən xidmətdə olanda hərbi texnika almışdıq, həmin hərbi texinkaya əlavə pul ödəyib təmir etdirdik. Son illərdə isə ümumiyyətlə heç nə verməyiblər. Serj Sarqsyanın vaxtında bizə “İsgəndər” verdilər və biz sevindik. Sonra anladıq ki, verilən “İsgəndər”lər də “İsgəndər” raketi deyilmiş,  adi mərmilər imiş”, - erməni deputat qeyd edib.

Mürtəza
Ölkə.Az

0.17084693908691