Azərbaycan millisinin yeni baş məşqçisi onlardan biri ola bilər - SİYAHI

 

Azərbaycan milli futbol komandasının italiyalı baş məşqçisi Canni De Byazi tutduğu vəzifədən uzaqlaşdırılıb.

AFFA İcraiyyə Komitəsinin dünənki iclasında italiyalı mütəxəssislə müqavilənin müddəti uzadılmadı.

Beləcə De Byazi Azərbaycan millisindən getməli oldu.

İndi əksər mütəxəssislər və idman jurnalistləri deyirlər ki, milli komandanı yerli baş məşqçi çalışdırmalıdır.

Bəs Canni De Byazini hansı azərbaycanlı baş məşqçi əvəzləyə bilər?

Modern.az-ın məlumatına görə, tanınmış idman jurnalisti, “Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə milli komandamızın sükanı arxasına gətirilə biləcək mümkün məşqçilərin siyahısını hazırlayıb.

“2015-ci ildən indiyədək PRO kateqoriyası almış bu qədər məşqçisi olan ölkənin milli komandasının baş məşqçisi vəzifəsi əcnəbi mütəxəssisə niyə tapşırılsın ki?”, - deyə R.Mövsümzadə dolayısı ilə Azərbaycan Futbol Federasiyaları Assossiasiyasının (AFFA) rəhbərliyinə sual ünvanlayıb.

Jurnalist Avropa Futbol İttifaqından (UEFA) PRO kateqoriyası almış məşqçilərin siyahısını da təqdim edib.

Həmin siyahını sizin diqqətinizə çatdırırıq:

421552

0.17494416236877