“Absheron Hotel nizamnamə kapitalını 1,4 mln manat azaldıb

 

“Absheron Hotel Group” MMC nizamnamə kapitalını 1,4 mln manat və ya 9,8% azaldır. 

Şirkətin kapitalı 12,850 mln manata endirilib.

MMC-nin nizamnamə kapitalı daha əvvəl 14,250 mln manat təşkil edirdi.

Qeyd edək ki, “Absheron Hotel Group” MMC 22.08.2013 tarixində dövlət qeydiyyatına alınıb və qrupun tərkibinə “Baku Marriott Boulevard”, “The Merchant Baku”, “Courtyard by Marriott Baku”, “Bilgah Beach”, “Sheraton Baku Intourist”, “Park Chalet”, “Pik Palace Autograph Collection”, “Allium Bodrum” və “Shusha” hotelləri daxildir.

 

 

0.15997505187988