Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Ölkə.Az" xəbər verir ki, avronun məzənnəsi 0,1% artaraq 1,8182 manat, Rusiya rublunun məzənnəsi 0,5% irəliləyərək 0,0185 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0594 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

0.15675806999207