Qız Qalası hidroqovşağı tezliklə istifadəyə veriləcək

 

“İran və Azərbaycan arasında “Qız Qalası” hidroqovşağı tezliklə istifadəyə veriləcək”.

“Trend”in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti regional su şirkətinin müdiri Yusif Qaffarzadə deyib.

Y.Qaffarzadənin sözlərinə görə, “Qız Qalası” hidroqovşağı təxminən gələn bir ay ərzində qeyri-rəsmi, iki ay ərzində rəsmi şəkildə istifadəyə veriləcək.
Qaffarzadə əlavə edib ki, Qız Qalası hidtoqovşağının istifadəyə verilməsi ilə ildə iki milyard kubmetr su iki ölkə tərəfindən istifadə olunacaq. Hər iki ölkənin payı 50%-dir.

Şirkət rəsmisi deyib ki, bu hidroqovşağın tutumu 65 milyon kubmetrdir.

0.15977907180786