AMEA-da 300 minlik təmir: unitazlar dəyişdirilir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun korpuslarında təmir işləri aparılacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, taxta pəncərələr sökülərək plastik pəncərələrlə əvəz olunacaq.

Bundan əlavə, PVC qapılar sökülərək yenilənəcək, daxili divar səthləri rənglənəcək. 

Həmçinin korpuslardakı unitazlar da sökülərək yenilənəcək.

Bütün bu işləri isə "Tələt" şirkəti həyata keçirəcək və institut bu şirkətə görülən işlərə görə 284.333,21 manat ödəyəcək.

Qeyd edək ki, sözügedən şirkət bundan əvvəl də dəfələrlə İnstitutun işlərini görüb. 

0.1906909942627