Səhmdarlar toplaşmaq istəmədi, şirkətin ləğvi təxirə düşdü

 

“Bakı Texnika Sənaye” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı ləğv edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb səhmdarların toplantıya qatılmaq istəməməsi olub.

Qeyd edək ki, şirkət oktyabrın 27-də cəmiyyətin ləğv edilməsi və ləğvetmə komissiyasının yaradılması ilə bağlı səhmdarlarına müraciət edərək dekabrın 1-də keçiriləcək yığıncağa dəvət etmişdi. 

Xatırladaq ki, “Bakı Texnika Sənaye” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 239 824 manatdır və qanuni təmsilçisi Nazim Qarayevdir.

0.18054914474487