Azərbaycanda vətəndaşların 200 manata qədər aylıq faiz depozit gəlirləri vergidən azad olunacaq.
"Ölkə.Az" xəbər verir ki, "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə əldə etdikləri faiz gəlirləri vergidən tamamilə azad olunacaq.
İqtisadçı deputat Vüqar Bayramovun fikrincə, əmanət faizləri ilə bağlı təklif olunan güzəştin məbləği azdır, onun artırılması məqsədəuyğudur:
"200 manata qədər deyil, minimum əməkhaqqı məbləğində aylıq faiz gəlirləri vergidən azad edilsin. Bu, bankda depozit saxlanılmasını təşviq edər".
"Digər tərəfdən, oktyabrın 1-nə Azərbaycan banklarında 12,7 milyard manat əmanət olub ki, onun da təxminən yarısı 4 bankın payına düşüb. Həmin banklarda da illik faizlər orta hesabla 6% və daha aşağıdır. Buna görə də, güzəşt məbləğinin artırılmasına ehtiyac var", - deyə millət vəkili əlavə edib.
Könül
Ölkə.Az