Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurum 2 şirkətlə məhkəmə çəkişməsinə çıxır.
“Ölkə.Az” xəbər verir ki, qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu “Campus of Scientist” MTK və “Vaqif” MMC ilə razılığa gələ bilməyib.
Hər iki məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sair öhdəliklər üzrə mübahisələrdir.
Məhkəmə işlərinə müvafiq olaraq hakim Leyla Əliyeva və hakim Emin Əliyev sədrlik edəcək.
Könül
Ölkə.Az