Qazaxıstanda mədən qəzası: Ölənlərin sayı artdı

 

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 42-yə çatıb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, 4 şaxtaçının axtarışları davam edir.

Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 36 nəfərin öldüyü bildirilmişdi.

Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

***

Karaqandadakı “Arselormittal Temirtau” şirkətinə məxsus Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Məlumata görə, hazırda 10 şaxtaçının axtarışları davam edir.

Bildirilir ki, xilasetmə işlərinə Hərbiləşdirilmiş Fövqəladə Xilasetmə Xidmətlərinin Respublika Mərkəzi Qərargahının Qaraqanda filialının 10 bölməsi cəlb olunub.
Mədəndə yığılmış qazla bağlı vəziyyətin monitorinqi davam edir.

0.37397408485413