Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 13 % artıb

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 735 milyon 125 min ABŞ dolları təşkil edib.

"Ölkə.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.

9 ay ərzində MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,6 %-ni təşkil edib.

Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 3 milyard 133 milyon 541 min ABŞ dolları (1 il əvvələ nisbətən 23,5 % çox), Türkmənistanla 678 milyon 373 min ABŞ dolları (2,2 dəfə çox), Qazaxıstanla 269 milyon 39 min ABŞ dolları (35,5 % az), Ukrayna ilə 247 milyon 78 min ABŞ dolları (52,7 % az), Belarusla 238 milyon 763 min ABŞ dolları (12,6 % az), Özbəkistanla 120 milyon 294 min ABŞ dolları (8,2 % az), Qırğızıstanla 35 milyon 329 min ABŞ dolları (5,8 dəfə çox), Moldova ilə 8 milyon 169 min ABŞ dolları (41,7 % az), Tacikistanla 4 milyon 534 min ABŞ dolları (15 % çox) olub.

Yanvar-sentyabrda Azərbaycandan Rusiyaya 864 milyon ABŞ dolları (illik müqayisədə 37,7 % çox), Qazaxıstana 81 milyon 38 min ABŞ dolları (34 % çox), Türkmənistana 64 milyon 188 min ABŞ dolları (4,8 dəfə çox), Ukraynaya 75 milyon 984 min ABŞ dolları (4,4 dəfə az), Özbəkistana 34 milyon 306 min ABŞ dolları (8,5 % çox), Qırğızıstana 32 milyon 627 min ABŞ dolları (18,1 dəfə çox), Belarusa 21 milyon 930 min ABŞ dolları (3,8 dəfə az), Moldovaya 4 milyon 772 min ABŞ dolları (2,3 dəfə az), Tacikistana 4 milyon 428 min ABŞ dolları (15,3 % çox) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3 %, Qazaxıstan 0,3 %, Türkmənistan 0,2 %, Ukrayna 0,3 %, Özbəkistan 0,1 %, Qırğızıstan 0,1 %, Belarus 0,08 %, Moldova 0,02 %, Tacikistan 0,02 % paya sahib olub.

Yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan 2 milyard 269 milyon 541 min ABŞ dolları (18,8 % çox), Türkmənistandan 614 milyon 185 min ABŞ dolları (2,1 dəfə çox), Belarusdan 216 milyon 833 min ABŞ dolları (14,9 % çox), Qazaxıstandan 188 milyon ABŞ dolları (47,3 % az), Ukraynadan 171 milyon 94 min ABŞ dolları (7 % az), Özbəkistandan 85 milyon 987 min ABŞ dolları (13,6 % az) Moldovadan 3 milyon 397 min ABŞ dolları (18,8 % çox), Qırğızıstandan 2 milyon 702 min ABŞ dolları (36,6 % az), Tacikistandan 106 min ABŞ dolları (4,8 % çox) dəyərində məhsul idxal edib. Ölkənin ümumi idxalında Rusiya 18 %, Türkmənistan 4,8 %, Qazaxıstan 1,5 %, Belarus 1,7 %, Ukrayna 1,4%, Özbəkistan 0,7 %, Qırğızıstan 0,02 %, Moldova 0,03 % paya sahib olub.

0.16432905197144