Nəqşicahan Group Şirkətlər İttifaqının “Saat Meydanı” MMC və Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “Otel Qrand Naxçıvan" MMC “Naxçıvan Otellər Qrupu” MMC-yə qoşulur.
“Ölkə.Az”ın məlumatına görə, bununla da “Naxçıvan Otellər Qrupu” MMC yenidən təşkil olunur.
Qeyd edək ki, Nəqşicahan Group Şirkətlər İttifaqının “Saat Meydanı” MMC 22.04.2019 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur. Şirkətin nizamnamə kapitalı 10 mln manat, hüquqi ünvanı , Naxçıvan şəhəri, N.Əliyev, ev 1-dir.
Nəxşicahan Holdinq LTD Şirkətlər Qrupunun “Otel Qrand Naxçıvan” MMC isə 01.02.2007 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Bayramov Bayram Yadigar oğludur. Şirkətin nizamnamə kapitalı 2 mln manat, hüquqi ünvanı Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2, ev 26-dır.
Hotellərin birləşdiyi “Naxçıvan Otellər Qrupu” MMC isə 15.03.2023 tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi, ev 2, qanuni təmsilçisi Məmmədov Elgün Məmməd oğludur.
Könül
Ölkə.Az