“Azər Türk Bank” ASC 2023-cü ilin üçüncü rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.
“Ölkə.Az”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 863,329 mln manat təşkil edib. Bu isə ötən ilin üçüncü rübü ilə müqayisədə 2,3% çoxdur.
Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 43% artaraq 426,068 mln manat təşkil edib.
Bankın depozit portfeli isə 30,4% artaraq 421,971 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 0,1% azalaraq cari ilin sentyabrın 30-na 782,531 mln manat təşkil edib.
Mərkəzi Banka borcu artıb
Bankın cəmi öhdəliklərinin tərkibində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri illik müqayisədə 30,6% artaraq 169,535 mln manat olub.
“Azər Türk Bank”ın cəmi kapitalı isə illik müqayisədə 32% artaraq 80,797 mln manata yüksəlib.
Cari ilin sentyabrın 30-na bankın xalis faiz gəlirləri 30,505 mln manat, xalis qeyri-faiz xərcləri isə 13,762 mln manat təşkil edib. Əməliyyat mənfəəti 16,743 mln manat olan “Azər Türk Bank” mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3,744 mln manat ayırıb.
Mənfəətdədir
Mənfəətindən 2,5 mln manat vergi ödəyən bank 2023-cü ilin üçüncü rübünü 10,499 mln manat xalis mənfəətlə başa vurub.
Könül
Ölkə.Az