Azərbaycan və İsveçrə mərkəzi bankları arasında əməkdaşlıq imkanları müzakirə edilib

 

Azərbaycan və İsveçrə mərkəzi bankları arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Mərakeş Krallığına işgüzar səfərimiz çərçivəsində İsveçrə Milli Bankının sədri Thomas Jordan ilə görüşdə hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi apardıq”, - T. Kazımov qeyd edib.

 

 

0.16948699951172