Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başlayıb.
"Ölkə.Az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) Marrakeş şəhərində keçirilən illik toplantılarının plenar iclaslarında və Azərbaycanın daxil olduğu Seçki Qrupunun tədbirində iştirak edəcəkdir.
Eyni zamanda Dünya Bankı və IMF-in rəhbər vəzifəli şəxsləri, Mərkəzi Bank ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya təşkilatları və bankların rəhbərliyi ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.