Azərbaycanda bəzi rayonlarda istilik mövsümü noyabrın 1-dən başlayacaq.
“Azəristiliktəchizat” ASC-dən “Ölkə.Az”a verilən məlumata görə, hazırda qurum tərəfindən istiliyin verilməsi ilə bağlı hazırlıq işləri aparılır.
Nazirlər Kabinetinin təsdiq etdiyi “İstilik enerjisindən istifadə qaydaları”na əsasən 14 rayonda istilik mövsümü noyabrın 1-dən başlayacaq mayın 1-nə qədər davam edəcək. Həmin rayonlar Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, və Yardımlı rayonlarıdır.
“Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 303 N-li 5 sentyabr 2023-cü il tarixli İstilik Enerjisindən İstifadə Qaydaları təsdiq edilmişdir ki, bu da müstəqil Azərbaycanda bu fəaliyyəti tənzimləyən ilk rəsmi sənəddir. İstilik Enerjisindən İstifadə Qaydaları istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yarana biləcək bütün nüansları tənzimləmək üçün nəzərdə tutulur. Məhz həmin qaydalara əsasən, ölkə ərazisində rayonlar üzrə istilik mövsümünün başlaması və bitməsi müddəti müəyyən edilir. Belə ki, təsdiq edilmiş qaydalara əsasən, ölkənin 14 dağ rayonunda istilik mövsümü noyabrın 1-də başlayır və mayın 1-də başa çatır”, - deyə amıqlamada qeyd olunur.
Könül
Ölkə.Az