Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı

 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Ölkə.Az" xəbər verir ki, avronun məzənnəsi 0,1% artaraq 1,7953 manat, Rusiya rublunun məzənnəsi 0,6% irəliləyərək 0,0170 manat, Türkiyə lirəsi 0,5% ucuzlaşaraq 0,0613 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

0.14239811897278