“Bakcell” Murad Dadaşovun şirkətini məhkəməyə verdi

 

“M Group Production” MMC məhkəməyə verilib.
Şirkətlə bağlı “Bakcell” MMC Bakı Kommersiya məhkəməsinə müraciıt edib.

Hakim Zeynəb Axundovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti 
müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

Qeyd edək ki, “M Group Production” MMC (MGP) media, film, reklam və əyləncə şirkəti olub 2003-cü il fevralın 7-də prodüser Murad Dadaşov tərəfindən yaradılıb. Şirkətin ən yaddaqalan layihələrindən biri “Maşın Şou” olub.



 

 

0.16630387306213