Yunanıstanda helikopter qəzaya uğradı

 

Yunanıstanda AW109 tipli mülki helikopter qəzaya uğrayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, havada qeyri-adi manevrlər edən helikopter naməlum səbəbdən Ahladi sahilində dənizə düşüb.

Belə ki, helikopter Volos Sənaye Bölgəsinə getmək üçün Evbeya adasındakı Mandudi bölgəsindən ayrılıb.

Helikopterdəki 2 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Evbeya adasında dünəndən etibarən güclü yağış və duman kimi pis hava şəraiti hökm sürür.

Günay

 

0.17989611625671