Dollar bahalaşdı: 10 aylıq maksimumda

 

ABŞ dolları əsas valyutalar səbətinə qarşı son 10 ayın ən yüksək həddinə çatıb.

“Ölkə.Az”ın məlumatına görə, buna səbəb investorların ABŞ iqtisadiyyatı ilə bağlı müsbət gözləntiləri olub. 

Belə ki, ABŞ valyutasını əsas valyutalar səbətinə qarşı ölçən dollar indeksi ötən ilin noyabrın 30-dan bəri ən yüksək səviyyə olan 106,84-ə çatıb. 

Avronun məzənnəsi 1,04880 dollara düşüb ki, bu da cari ilin yanvarın 6-dan bəri ən aşağı səviyyədir. Funt sterlinq isə martın 17-dən bəri ən aşağı səviyyə olan 1,21110 dollara enib. Artan ABŞ gəlirləri Yaponiya yeni üçün də problem yaradıb. Bir dollar 149,71 yen olub ki, bu da son 11 ayın ən aşağı səviyyəsidir.

Qeyd edək ki, ABŞ-ın 10 illik xəzinədarlıq gəlirləri yüksəlişini davam etdirərək 2007-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb. Açıqlanan müsbət iqtisadi məlumatlar və Federal Ehtiyat Sisteminin keçən həftə faiz dərəcələrini yenidən artıra biləcəyi və daha uzun müddət yüksək saxlayacağı barədə xəbərdarlığı dolların bahalaşmasına yol açıb.

Könül
Ölkə.Az

 

0.17532205581665