Rusiya, İran və Suriyadakı hədəflərə zərbələr - SENSASİON SƏNƏD

 

Kiyevin Qərb müttəfiqlərinə göndərdiyi gizli sənəddə Ukrayna şəhərlərinə son hücumlarda istifadə edilən Avropa komponentləri ilə təchiz edilmiş İranın kamikadze pilotsuz təyyarələrininin (PUA) Rusiya, İran və Suriyadakı istehsal obyektlərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə çağırış əksini tapıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazır.

Ukrayna hökumətinin avqust ayında G7 hökumətlərinə təqdim etdiyi 47 səhifəlik sənəddə iddia edilib ki, son üç ayda Qərb texnologiyalarını ehtiva edən pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə şəhərlərə 600-dən çox zərbələr endirilib.

The Guardian-ın əldə etdiyi sənədə görə, uçuş məsafəsi 2000 km və kruiz sürəti 180 km/saat olan “Shahed-131” pilotsuz təyyarəsində 52, “Şahed-136” modelində isə 57 qərb şirkətləri tərəfindən istehsal edilmiş elektrik komponentləri aşkar edilib.

Müəyyən edilmiş komponentlərin orijinal istehsalçıları kimi beş Avropa şirkəti, o cümlədən Britaniya transmilli şirkətinin Polşadakı törəmə şirkətinin də adı var.

“İstehsalçılar arasında qərargahı sanksiya koalisiyasına daxil olan ölkələrdə yerləşən şirkətlər var: ABŞ, İsveçrə, Hollandiya, Almaniya, Kanada, Yaponiya və Polşa”, - deyə məlumatda bildirilir.

Sənədə əsasən, İran Rusiyanın Novorossiysk limanını təchiz edən Suriya zavodundan istifadə etməklə hasilatını artıq diversifikasiya edib. PUA  istehsalı ilə bağlı komponentlər Tehran tərəfindən tədarük edilsə də, onlar Rusiyaya mərkəzi Tatar bölgəsi Alabuqaya ötürülür və orada yığılır. 

Ukraynanın göndərdiyi gizli təklifdə Qərb müttəfiqlərindən İranda, Suriyada  PUA istehsal edən zavodlara, habelə Rusiya Federasiyasındakı potensial istehsal sahəsinə raket hücumları var.

Sənəddə daha sonra deyilir: “Tərəfdaşlar lazımi məhvetmə vasitələrini təmin edərsə, yuxarıda göstərilənləri Ukrayna müdafiə qüvvələri həyata keçirə bilər”.

Mürtəza
Ölkə.Az

0.3118371963501