Fransanın Niameydəki səfiri Silven İttenin Nigeri tərk etdiyi bildirilir.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, səfir səhər saatlarında Niameydə Çada getmək üçün təyyarəyə minib.
İttenin daha sonra Fransaya gələcəyi gözlənilir.
Xatırladaq ki, iyulun 26-da Nigerdə hakimiyyəti ələ keçirən hərbi administrasiya Fransa səfiri İtteyə avqustun 25-də ölkəni tərk etmək üçün 48 saat vaxt verib. Lakin təxminən bir ay sonra səfir ölkəni tərk edib.
Günay