Səudiyyə Ərəbistanına ilk dəfə İsraildən nazir getdi

 

İsraildən ilk dəfə bir nazir Səudiyyə Ərəbistanına səfər edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, turizm naziri Haim Katz Səudiyyə Ərəbistanında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) konfransında iştirak edəcək.

Konfrans 27-28 sentyabr tarixlərində keçiriləcək. 

Katzın iki günlük səfəri çərçivəsində xüsusilə Yaxın Şərqdən olan həmkarları ilə görüşlər keçirəcəyi bildirilib.

Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanının hələlik diplomatik əlaqələri yoxdur. 

ABŞ administrasiyası Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Mərakeş, Sudan və İsrail arasında əldə olunan normallaşma razılaşmalarında olduğu kimi Ər-Riyad və Təl-Əviv arasında oxşar razılaşmaya vasitəçilik edir.

Günay

 

0.40916299819946