Bu il Azərbaycanda iqtisadi artım 2,5% təşkil edəcək.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının “Regional İqtisadi Perspektivlər” hesabatının sentyabr buraxılışında qeyd olunub.
Bank cari ilin may proqnozu ilə müqayisədə ümumi daxili məhsul (ÜDM) artımı üzrə proqnozunu 1% aşağı endirib.
2024-cü ildə isə ÜDM artımının 2,5% olacağı gözlənilir ki, bu da hesabatın may buraxılışında qeyd olunan proqnozla müqayisədə 0,2% azdır.
Könül
Ölkə.Az