Dövlət xidməti və 2 zavod ləğv olundu

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki zavodu və bir xidməti ləğv olunub.

 Bunlar Kürağzı Nərəbalıqartırma və Şirvan Nərə Balıqartırma zavodları, Bioloji müxtəlifliyin Qorunması Xidmətidir.

Qeyd edək ki, Kürağzı Nərəbalıqartırma zavodu 04.05.1994 tarixində dövlət qeydiyyatına alınıb 263,728 min manat nizamnamə kapitalı olan Şirvan Nərə Balıqartırma zavodu isə 24.03.2000 tarixində dövlət qeydiyyatına alınıb.

Xidmət və zavodların kreditorlarının iki ay ərzində tələblərini 1009 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 35, mənzil 35 ünvanına bildirə biləcəkləri qeyd olunur.

 

 

0.14042592048645