Şimali Koreya nüvə sınağına hazırlığı başa çatdırdı

 

KXDR hakimiyyəti faktiki olaraq növbəti nüvə sınağına hazırlığı başa çatdırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Koreya Respublikasının elm və informasiya-kommunikasiya texnologiyaları naziri Li Con Ho Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının sessiyasında bildirib.

“Hətta bu anda da KXDR BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozaraq qeyri-qanuni nüvə fəaliyyətlərini davam etdirir və yeddinci nüvə sınağına hazırlığı, demək olar ki, başa çatdırıb”, - o deyib.

0.18450784683228