Allah sevgimizi, qardaşlığımızı əbədi etsin - Ərdoğan

 

“Qarabağdakı antiterror tədbrilərinin uğurla başa çatması bizim üçün qürur mənbəyi oldu”.

“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatı zamanı deyib.

“Mən Azərbaycana mülki şəxslərə humanitar münasibətinə görə təşəkkür edirəm. Türk millətinin mərhəmətini bütün dünyaya göstərdilər. Regionda yeni imkan pəncərələri açılıb. Ermənistanın ona uzadılmış sülh əlini tutmasını və səmimi addımlar atmasını gözləyirik. Sülhün itirənləri yoxdur. Regionun firavanlığı, əmin-amanlığı xalqımız qarşısında öhdəliyimizdir. Ümid edirik ki, qarşı tərəf də eyni cür düşünür.

Allah sevgimizi, qardaşlığımızı əbədi etsin”, - Ərdoğan deyib.

Mürtəza
Ölkə.Az

0.15358901023865