Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında Çindən Azərbaycana gələnlərin sayı 8,2 dəfə artıb.
“Ölkə.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, Ötən ilin eyni dövrü ilə müqayisədə Türkmənistandan gələnlərin sayı 3,2 dəfə, Hindistandan - 2,4 dəfə, Özbəkistandan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Belarusdan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,6 dəfə, İtaliyadan - 1,5 dəfə, ABŞ-dan - 39,5%, İsraildən - 39,2%, Gürcüstandan - 32,9%, Böyük Britaniyadan - 27%, Küveytdən - 22,3%, Türkiyədən - 19,6%, Almaniyadan - 18,6%, BƏƏ-dən - 11,8%, Ukraynadan - 5,1% artıb.
Ümumilikdə isə bu ilin yanvar-avqust aylarında Azərbaycana 183 ölkədən 1 343,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.