“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Əmlak” MMC-nin rəhbərliyinə təyinat olub.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Elçin Niyazova həvalə edilib.
O, bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC-lərin direktoru olub və yeni vəzifəsində Fərid Hüseynovu (ADY-yə məxsus "ADY Servis" MMC-nin qanuni təmsilçisi) əvəzləyib.
Xatırladaq ki, “ADY Əmlak” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 69 480 manatdır.