“Azərbaycana kənar təsirlər heç bir nəticə verməyəcək” - Nurlan Həsənov

 

“Qarabağda yaşayan erməni milli azlığa humanitar yardımın çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi cənab Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində ölkəmiz adına əldə olunan prinsipial diplomatik qələbədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Nurlan Həsənov bildirib.

O bildirib ki, bəzi dövlətlər və siyasətçilər bir daha anlayır ki, Azərbaycana hər hansı kənar təsirlər heç bir nəticə vermir:

“Çünki, bizim mübarizəmiz beynəlxalq hüquqa söykənir və haqq-ədalət mübarizəsidir və biz haqlı tərəfik.
Ətraflı

Azərbaycan öz suveren torpaqlarında separatizmin mövcudluğu ilə razılaşmır və heç vaxt da razılaşmayacaq! Separatizm hər zaman müharibə ocağı yaradır və onu dəstəkləmək müharibəni təşviq etmək deməkdir”.

Deputat vurğulayıb ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin tezliklə ölkəmizin cəmiyyətinə inteqrasiya olunması üçün çalışır və bunun üçün artıq əməli addımlar da atıb:

“Lakin, separatçı rejim sülhə gedən yolda həyati əhəmiyyət daşıyan bu prosesi hər zaman əngəlləməyə çalışır və mafioz erməni lobbisinin əlində oyuncaq olan riyakar və korrupsioner siyasətçilərlə birgə Azərbaycana qarşı qarayaxma kompaniyası aparır.

Bugün Ağdam-Xankəndi yolunun istifadəyə verilməsi gələcəkdə Qarabağda yaşayan ermənilərin reinteqrasiyası və davamlı sülhün əldə olunması üçün başlanğıc ola bilər!”.

 

0.45435690879822