Utkinin mirası ilə bağlı İŞ AÇILDI

 

Sankt-Peterburqda Yevgeni Priqojinlə birlikdə ölən "Wagner" PMC-nin komandiri Dmitri Utkinin mirasının rəsmiləşdirilməsi üçün iş açılıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə məlumat Federal Notariat Palatasının reyestrində yer alıb.

İşlə notarius Anatoli Akulenko məşğul olur. Sentyabrın 9-da açılan işdə o, notarius kimi də siyahıya alınıb.

Xatırladaq ki, Priqojin, Utkin və digər Vaqner üzvləri avqustun 23-də Tver vilayətində təyyarədə qəzaya uğrayıb.

Utkin avqustun 31-də Mıtişçi xatirə qəbiristanlığında dəfn edilib.

0.15091300010681