Qırğızıstan Tacikistanı ərazi iddialarından əl çəkməyə çağırıb

 

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev Tacikistan hakimiyyətini ölkəyə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə “24 KG” məlumat yayıb.

O qeyd edib ki, bu gün ötən il sentyabrın 15-16-da Batkəndə baş vermiş faciələrin ildönümüdür:

“Onlarla hərbçi və mülki şəxs həlak olub. Buna sərhəd məsələlərinin həll edilməməsi və qonşu ölkənin dövlətimizə hücumu səbəb olub. Mən dövlət sərhədinin demarkasiyası və delimitasiyası komissiyasının sədriyəm.

Biz bu günə qədər məsələni sülh yolu ilə həll etməyə çalışmışıq və bunu davam etdiririk. Dövlət başçısı bizə tapşırıq verir ki, danışıqlar yolu ilə məsələləri həll edək. Amma eyni zamanda demək lazımdır ki, ötən il faktiki olaraq dövlətimizə qarşı təcavüz aktı törədilib. Gələcəkdə belə təcavüzə yol verməyəcəyik”.

0.17199993133545