ABŞ ÇƏTİN DURUMDA: Böyük münaqişə baş verərsə...

 

"Böyük münaqişə baş verərsə, Birləşmiş Ştatlar tezliklə silahsız qalacaq".

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-ın “The Atlantic” jurnalı yazır.

Materialda qeyd edilir ki, ABŞ ordusu bir neçə həftə ərzində sursatını itirəcək.

"Və bəzi kritik kateqoriyalar üçün bir həftədən az müddətdə", -müəlliflər əlavə edirlər.

Onların fikrincə, Vaşinqton müttəfiqlərinin hərbi yardımına bel bağlamamalıdır.

Nəşr bildirir ki, Ukraynaya silah tədarükü Qərb ölkələrinin ABŞ-a yardım göstərmək imkanlarına təsir edib. Bununla bağlı məqalə müəllifləri ABŞ-ı maliyyələşdirməni artırmağa, hərbi sənayeni bərpa etməyə və müdafiə istehsalı sahəsində müttəfiqlər arasında əməkdaşlığa qoyulan məhdudiyyətləri yumşaltmağa çağırıblar.(Publika.az)

0.17843294143677