G20-nin Ukrayna bəyanatı yumşaq idi - Trüdo

 

“İyirmilik” (G20) ölkələri liderlərinin Ukrayna ilə bağlı yekun bəyanatı yalnız Kanadadan asılı olsaydı, daha sərt ola bilərdi.

Axar.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

“Əgər bu məndən asılı olsaydı, o zaman liderlərin bəyanatı daha sərt olardı, xüsusən də Ukrayna barədə… Əgər danışıqlar masası arxasındakı bəyanat yalnız digər ölkələrdən asılı olsaydı, o zaman bu, daha yumşaq olardı”, - Trüdo bildirib.

O qeyd edib ki, G20 “son dərəcə fərqli qrup”dur və bəyanat mümkün qədər sərt idi.

0.14382100105286