"Sülhlə kifayətlənməməliyik, irəli gedə bilərik" - Mirzoyan

 

Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaqla kifayətlənməməlidir. 

Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Almatıda azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüşündə deyib.

"Biz daha da irəli gedə bilər, regionda bütün nəqliyyat kommunikasiyalarını bərpa edə bilərik", - Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan sülhə nail olmaq, sülh müqaviləsi bağlamaq məqsədi güdür.

"Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik", - o vurğulayıb.

Bundan əvvəl Azərbaycan XİN rəhbəri Almatıda xarici işlər nazirləri arasında danışıqların 2 gün davam edəcəyini bildirmişdi.

Mayın 10-da Qazaxıstanın naziri Murat Nurtleunun iştirakı ilə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılır.

Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.

Elvin

 

0.19821691513062