İddia edilir və faktlarla əsaslandırılır ki, keşiş Baqratın etirazlarının tarixi Paşinyanın özünün hakimiyyətə gəlməsi ilə nəticələnən etirazlara bənzəyir.
Demokratikmusavat.com onların oxşar hərəkətlərini təqdim edir:
2018-ci ildə Paşinyan İrəvana doğru yürüş etmişdi. 2024-cü ildə Baqrat eyni addım atdı.
2018-ci ildə Paşinyan öz hərəkətlərini onunla əsaslandırıb ki, hakimiyyətdən narazı olanlar bu yolda ona qoşulacaqlar. 2024-cü ildə Baqrat da eyni sxemlə gedir.
2018-ci ildə Paşinyanın etiraz aksiyaları zamanı əli sarğı ilə çəkilmiş fotoları hər yerdə dərc olunub. 2024-cü ildə Baqratın gəzintidən "ortaya çıxan" sarğılı ayaqlarının görüntüləri sürətlə yayılır.
2018-ci ildə Paşinyan İrəvan meydanında populist mühazirələrlə çıxış edib. 2024-cü ildə Baqrat da eyni şəkildə çıxış edir.
2018-ci ildə Paşinyan hakimiyyətə ultimatumlar verib. 2024-cü ildə Baqrat da eyni şeyi edir.
Baqratın da saqqalı var. Tam oxşarlıq üçün yalnız bir bel çantası və yanında həyat yoldaşı yoxdur.
Ya Baqratın "üstündə olanlar" hesab edir ki, bir vaxtlar Paşinyan bu gedişat sayəsində onları devirib və bunu təkrarlamaq istəyirlər, ya da Ermənistanda doğrudan da bu, hakimiyyətin düsturudur.