Sumqayıt şəhərinin çoxmənzilli yaşayış binalarında fasadların, yataqxana binalarının sanitar qovşaqları, dəhliz və girişlərində əsaslı təmir işləri aparılacaq.
“Ölkə.Az”ın məlumatına görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi açıq tender keçirib.
Layihəni “Reyting Group” MMC həyata keçirəcək və şirkətə 739,957 min manat ödəniləcək.
Könül
Ölkə.Az