"İri bankların strategiyası düzgün qurulmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, iri bankların müştərisi olmağın problemləri çox, onların xidmət keyfiyyəti isə aşağıdır:
"Onlar o qədər müştəri qamarlayıb ki, həzm edə bilmirlər. Orta və kiçik banklarda belə problemlər olmur. Bütün problemlər böyük banklarda yaranır. Dəfələrlə sistem işləmir, ya da sistem donur və s. Bunlar niyə olur? Vaxtı ilə onlarda xidmət keyfiyyəti pis olmayıb. 2-4 iri bankımız var və ən yüksək aktivlik onlardadır. İri banklar çalışır ki, müştərisi çox olsun ondan pul qazansınlar”.
Əkərəm Həsənov qeyd edib ki, iri banklar ilin nəticələrinə görə bir neçə milyon manat alırlar:
"Sahibkarların və dövlət şirkətlərinin çoxu məcburən, yaxud da könüllü həmin banklarda təmsil olunur. Deyirlər ki, müştəri neyləyəcək, hara gedəcək? Müştəriləri çox olduğundan ən çox da həmin bankların kartlarından pul oğurlanır”.
Ekspert vətəndaşlara iri bankların deyil, orta və kiçik bankların müştərisi olmağı tövsiyyə edib.