BMT Qərbin natəmiz əməllərinin meydanına çevrilib - Rusiya XİN

 

BMT platforması Qərb dövlətlərinin natəmiz əməllərinin meydanına çevrilib. Demokratikmusavat.com Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatı tez-tez bir qrup ölkələrin maraqları naminə qeyri-məhsuldar siyasiləşdirilmiş qərarlar qəbul edir.

Nazirlikdən bildirilib ki, Rusiya nümayəndə heyəti müttəfiqlərlə birlikdə sentyabrın 19-26-da keçiriləcək BMT Baş Assambleyasının sessiyasında əsas beynəlxalq problemlərə dair bir sıra təşəbbüslərlə çıxış edəcək.

“Bunlardan biri birtərəfli sanksiyalardır ki, Qərb paytaxtları birbaşa təzyiq göstərmək üçün həyasızcasına istifadə edirlər”, - məlumatda deyilir.

Elvin

Ölkə.az

 

 

0.20523595809937