Vaşinqton minlərlə ABŞ hərbçisinin Şərqi Avropadan çıxaracaq

 

Pentaqon rəsmiləri NATO ölkələrini dəstəkləmək və Rusiyanı cilovlamaq üçün Şərqi Avropada yerləşdirilən 4000-dən çox ABŞ hərbçisinin rotasiyasını müzakirə edir. Demokratikmusavat.com xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hərbçilərin öz vətənlərinə tam şəkildə qayıtması və Şərqi Avropa ölkələrinə yeni kontingentin göndərilməsindən imtina ssenarilərdən biri kimi nəzərdən keçirilir.

NBC mənbələrinin məlumatına görə, 2022-ci ilin əvvəlində Pentaqon Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə əlaqədar Şərqi Avropadakı NATO müttəfiqlərinə əlavə ABŞ hərbçilərini aktiv şəkildə göndərməyə başlayıb. Onların orada qalmalarının 2024-cü ildə başa çatacağı gözlənilir. İndi ABŞ Müdafiə Nazirliyi Şərqi Avropa ölkələrində yerləşdirilən hərbi qulluqçuların rotasiya və ya geri çəkilməsinin zəruri olub-olmaması ilə bağlı qərar verməlidir.

Telekanalın məlumatına görə, bir sıra Pentaqon rəsmiləri hesab edir ki, 4000 ABŞ əsgərinin Şərqi Avropada qalmasına artıq ehtiyac yoxdur, çünki ABŞ-ın Şərqi Avropadakı NATO müttəfiqləri artıq öz ordularının sayını artırıb.

Avqustun 21-də ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, istefada olan general Ben Hodges ABŞ-ın Avropada Rusiya ilə silahlı qarşıdurmaya həmişə hazır olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Ordusu və Hərbi Hava Qüvvələri, onların bütün xidmətləri daim təlim keçir və döyüş qabiliyyətini artırır.

0.19512295722961